Dantenin ardınca
Nə olsun ki, mən orda olmuşdum?
Yuri Levitanski
...soyuq, alaqaranlıq palatalar
Lev Losev
Ətrafda qaynayır bax dolu arı pətəyi,
hazırsan qoşulasan sən onlara indicə,
gözlərini açırsan, anlayırsan gerçəyi,
bir az əvvəl ölmüsən, yuxuda keçinmisən.
Düşün, bəxtin gətirib. Amma heç də öyünmə
zülmətlə işıq kimi bəxtli-bəxtsiz — fərq itib.
Yükboşaltma yeridi, bu gözləmə yerindən
getmək də mümkün deyil, vaxtın onsuz da bitib.
İnam da yersiz artıq, lap doğrusu etibar,
qorxu, qısqanclıq, utanc, həsəd də — bitib onlar.
Bircə arzu qalıb ki, bax, o qapı açılar,
səndən qabaq gələnlər, doğmaların boylanar
qapının arxasından. Amma hər şey xəyaldı.
Burda istəmək yetər, hər şey görünsün ani.
Baxışların ovunar — gördüyün buludlardı,
burda su tək dəyişkən qırışı dağ-dərənin.
Səs-küy çoxdur, dincəlir indi sənin qulağın
sevdiyin o nəğməylə, o da sanki ilğımdı.
Bircə yoxdu qoxular, amma neynirsən onu,
bir də gerçək sevənlər neyləsin feromonu?
Kəlmələrə gəlincə, onlar daha səhihdir
yerdə deyilənlərdən — geri götürmək olmaz.
Həmişə toranlıqdı — nə axşamdır, nə səhər.
İstini, soyuğu da unudursan belədə.
Ehtimallar aldadır: bəlkə, tövbə yeridir,
bəlkə, ali qərar var, geri qaytaracaqlar —
düşünüb yorulursan sən bu qədər qüdrətli,
fərqli qəlblər içində. Yolun sonu görünmür.