Cənnətdir Tolstoyu Puşkin oxuduğu yer...

* * * Cənnətdir Tolstoyu Puşkin oxuduğu yer. Bu əbədi bahardan şübhəsiz maraqlıdır, Mümkünsə, xəyal eylə, xəyalında elə seyr Çəmən necə gül açır, ağaclar yaşıllaşır. Sulu meşəgilası, ya da koppuş yasəmən Mənə az maraqlıdır günorta bürküsündən, Ya da yay axşamının qaraşın kölgəsindən. Yada sal itburnunu, sözümə “yox” deməzsən. Qonaqlar toplaşdılar bağa. Bir yoldan ötən Gördü sahil boyunca ard-arda faytonları. Bütün xoşbəxt ailələr bənzərdimi görəsən? Bəlkə də heç deyillər, tanımıram onları...