Ağcaqayın yarpağı nəfəslikdən içəri...
* * *
Ağcaqayın yarpağı nəfəslikdən içəri
boylanmaq istəyirdi — qəfil də gözdən itdi.
Yerə düşdü, xəzələ qarışmışdı izləri,
toranlıqda deyilmiş söztək əridi, bitdi.
Yergilası qar altda parıldayır zər kimi,
o uzaq sahillərdən atılmış lövbər kimi.
Səmada uçuşurlar arıquşu, martinlər,
bu kiçik qəsəbəni yuva, məskən seçiblər.
Böyük qəsəbələrdə olaylar böyük olar,
Qaranlığa qarışar qadağalar, tabular.
Anın mində birində
varlığın bədənində
geriyə dönüşü yox baş verən bir şeyin də.
Yol qaranlıq, qəlb bizi ışığa dartır, çəkir
büzüşmüş yarpaq dolu cığırla sərhədəcən.
Kulinar Poxlyobkinin qətlindən on il keçir
Padolskdakı evində,
Axtaran yox qatili...





