Relyativizm barədə

Nisbiliyə gəlincə, düzdür, hər şey nisbidir.
Mütləqi kim görüb ki,
Və yaxud da eşidib?!
Nə də məlumdur bizə varsa da bir təsviri.

Amma
di gəl sən bunu
o aşiq gəncə anlat,
mümkün deyil ki, deyil!

Onun civisi ki var, gözəlliyi nisbidir,
yəni ki, çox şərtidir.
Ayıq baxsan
lap bir az da şübhəlidir.

Amma o axmaq üçün
nə fərqi var,
inan ki,
dəqiq heç fərqi yoxdur!

İstəmirsən qaralsın gözünün altı əgər,
ey müdrik, söylə ki, sən o qız qədər yox gözəl!

Amma əgər doğrudan müdriksənsə bilirsən,
eləysə etiraf et, mən də deyim müdriksən.

Bilirsən ki,
nisbilik
özü də mütləq deyil.