Strelna

Bir vaxtlar çimirdin sən Strelnada,
indi ora salmazsan heç burnunu.
Soyuyubdu, münasib deyil hava,
amma artıb yaşayış minimumu.

Qaralırdın, gəzirdin sən qızlarla
(yarım əsr keçib, qırx il ələlbət),
bəlkə heykəl ucalır indi orda —
kifared-musaget-dorifor-atlet...

İndi vinotekadır pinakotek,
qliptotekadır yəqin kitabxana;
binaların altında yoxdur aptek,
gədalar da yığışmaz qapısına.

Nə o qızlar, nə sərxoş tələbələr,
sarayda da etiket, mühafizə.
Bir şey varmı? Ciblərini eşələ...
Deşiklərdi yalnız, Allah, hifz elə.