Nabokov, Bayron kimi gəzəsən, dolanasan...

* * * Nabokov, Bayron kimi gəzəsən, dolanasan, Kimsədən və heç nədən heç zaman qorxmayasan, Həmişə də hamıya lağ eləyib güləsən, — Bir zamanlar könlümdən belə olmaq keçirdi. Yenə də dingildəyir arabir içim indi. Amma kobudluq məni indi çox qorxudur, çox, Kütbeyinlik təbəssüm yaratmır sifətimdə. Qatarların nəğməsi, məncə boşunadır, boş. Heç hara getməyəcəm bu xiffətin əlindən. Artıq illər keçibdir, əsrlər ötüşübdür, Artıq öyrəncəliyəm özümlə barışığa, Artıq öyrənmişəm mən, ram etmişəm özümü, Unutmuşam nifrəti, tərgitmişəm lap düzü. Görünür, haqlı imiş o davakar tənqidçi, Mənə yaxşı ad verib — qoca, dişsiz Lenski.