bəyaz gipsdən əski qız...
* * *
bəyaz gipsdən əski qız
avar çəkirmiş kimi
elə də ürəkdən gülür
bahar gətirmiş kimi
gümüşü boya ləkəsi
görməyən gözlərdə nur
yandırıb yaxır işvəsi
yarım əsrdi durur
biçimli bədən əyilib
çat içində və ləkəli
elə bil ki heç keçməyib
ya zaman keçib ötəri.
pioner uşaqlığının
ey ilki ehtirası
bakirəlik çağının
həm cavanı qocası
gisp karton və fanerlər
varlığın saxta şəkli
yetmiş ildi pionerlər
gizlin arzular səni
nə qədər boş həyəcan var
qız itirmiş ağlını...
tanrım nəydi yaşananlar
bizə nə oldu axı...
Qışdı...





