bəyaz gipsdən əski qız...

* * * bəyaz gipsdən əski qız avar çəkirmiş kimi elə də ürəkdən gülür bahar gətirmiş kimi gümüşü boya ləkəsi görməyən gözlərdə nur yandırıb yaxır işvəsi yarım əsrdi durur biçimli bədən əyilib çat içində və ləkəli elə bil ki heç keçməyib ya zaman keçib ötəri. pioner uşaqlığının ey ilki ehtirası bakirəlik çağının həm cavanı qocası gisp karton və fanerlər varlığın saxta şəkli yetmiş ildi pionerlər gizlin arzular səni nə qədər boş həyəcan var qız itirmiş ağlını... tanrım nəydi yaşananlar bizə nə oldu axı... Qışdı...