Kəpənək

Yorulub usanmadan
səni ölümdən aldım.
Qoparıb bu həyatdan,
götürüb şeirə saldım.

 Yaşayırsan ölmədən,
heç gərək yoxdu daha
nə gözəlim cənnətə,
nə oda, iztiraba.

 Sənin qısa ömrünü.
bax, elədim əbədi.
Sağtək qoru özünü
tora düşsən də indi.