Tələsək...

* * *
Tələsək,
kasıb masanı bəzəyək
qırmızı pomidorla,
qıvrımsaç cəfəri və şüyüdlə,

sarımsaqla,
ətirli istiotla, soğanla,
xallı-qabarlı xiyarla,
qarpız dilimiylə. — Ooy kərə yağı

kəhrəba kimi
göz qamaşdırsın işıqlı nəzərləri
altında Günəşin. — Doğrayaq
qara çörəyi, dolduraq ağappaq duzla

xəsislik etmədən
şüşə duzqabını ağzınacan. —
Yerinə düşər bir şüşə
şərab da. — Əgər aclığı-suzuzluğu

belə ləzzətlə
yatırmaq mümkündürsə, demək,
bu gələn payızın rəhminə
ehtiyac yoxdu, heç vaxt, heç vaxt

təslim olmarıq. —
Hər şeyin sahibi Yaradana
şıltaq aşiq və məşuq
kinli bədxahlardan daha əzizdir.