Yadımdadı, uşaqlıqda şokolad atım vardı...
* * *
Yadımdadı, uşaqlıqda şokolad atım vardı,
sağlamdı, yalınacan boyu 30 santimetrə yaxındı,
qədim ütü kimi ağırdı, hərçənd sonra məlum oldu ki,
içində heç nə yoxmuş. İçiboşmuş yəni.
Xalam onu üçüncü ad günümdə bağışlamışdı:
“Minvneştorq”da* işləyirdi, elə ordan da almışdı, bufetdən.
Bütün qəlbimlə sevirdim atı, ehtirasla qısqanırdım,
yeməyə cürət etmirdim və başqalarını bu barədə düşünməyə də qoymurdum.
Bir sözlə, atım düz il yarım mənimlə yaşadı,
yazıq tamam kiflənmişdi, boz tozla örtülmüşdü üstü.
Sonra pişik onu pəncərənin yanından itələdi necəsə —
məncə, qəsdən elədi, bizim Murka qısqanc idi.
Qalıqları yığdıq, yuduq və tez də basıb yedik.
Dayanmadan ağlayırdım, amma hamıyla birgə yeyirdim onu...
Nə deyirsiz-deyin, qəribə şeydi bu sevgi.
Qəribə şeydi.
* Xarici Ticarət Nazirliyi.