Mozaika
Qəlb nədir? Alaq basmış bostan...
M. Kuzmin
Bostan yox, lap doğrusu, bir bağçadı, bir bağdı —
keçilməz və yaxud da sahmansız, solğun güllük:
xaraba işartısı, nizamsızlıq, dağıntı...
Tanrı-xırçı sevinir, məhsula görə şaddı,
Səma bağı möminə axı onun payıdı;
alağı vurulmamış çəməndi, ya da küllük
o qəlb ki, süqutuna sevinir, ağlmasınmır.
Kolların və otların sarmaşıb dolaşdığı
pambıqotu fənəri lap yaxınlıqda yanır! —
yolumu da kəsiblər, inadla nədəndirsə
buralardan keçəndə...Şirəsini torpağın
qəlb canına cəkibsə, neyləyir başqa haqqı:
qanunun daş hasarı bəzən alçaq sanılır —
arxasında gizlənən gözəl mənzərədisə.
Toxunmuşam yarpağın dipdiri qumaşına-
qırçınları, saplağı- ahəngin zəfəridir,
hamardı, eyibsizdi boyası o göyçəyin,
elə bil pəri əli dəyib hər qarışına...
Puçluğun gözə girən üzünə, qırışına
qəlb indi məftun olub, yoxluğun əsiridir,
nə budağın xeyri var, nə yarpağın, çiçəyin.
Əhəng, brom, ya da ki, kükürdlü dəmir axı
xallardan, tozcuqlardan başlanan bu süqutun
qarşısını nə cürə kəsib, saxlaya bilər?!
Getdikcə gözəlləşir sanki əyni, libası,
köklər dərinə gedir...Etiraf-qaydasıdır,
növüdür unutmağın; sonudur yolçuluğun:
böyükdü qəlb saplaqdan— hətta düşünsə belə.
Necə zərif görünür soluşu hər naxışın!
Həm də bəlli aqibət, ən qədim güman, təxmin:
mərəz ilə kamillik haçandı yaxasına
yapışıbdı varlığın — bu da başqa ağrıdı. Elə isə baxışı
dərdli qəlbin haqq saysın bu ayıb gedişatı,
bu qarşısıalınmaz süqutu görə bilsin —
heyran olsun yarpağın qoy mozaikasına.