Baxırsan ki, gülüncdü: səma kimidir səma...
* * *
Baxırsan ki, gülüncdü: səma kimidir səma.
Buzlu, dərin bir dərə.
Artıq orda olmusan. Olmamısan yox, amma —
arabir, bircə kərə.
Hərdən təyyarə ilə, hərdən təcili yardım;
qafiyəylə, öpüşlə...
Yadımdadı, uşaqkən mən yalandan uçardım.
İndi ciddi, təşvişlə:
Sən “Boinq”dən düşmüsən — çəkib stop-kranı —
bax üzürsən anonim
lap dərinə, ucaya, görməkçün asimanı —
sanki bir Martin İden.