Frankfurtda qış

Bütün günü kəsmirdi külüngün cingiltisi,
almanların şlak-blok qəsəbəsində;
leysan tökürdü göydən — qapanma baş verirdi —
arabir yaranırdı qısa-qısa fasilə;

qırışı zarıldayan uzun avtobuslar da
bir az da uzanırdı elə bil ki döngədə;
oturmuşdu türk iti pəncərə qabağında,
əyilmişdi ağzı da, ağrıdandı bəlkə də;

addımladım yağışa — onun çəp mismarları
döyəclədi dimdikli samandan papağımı;
pişik öz pəncəsiylə havanı çırmaqladı —
qonşuydu, polyak kimi sərxoşdu, həm də bığlı;

qırova xərcləmişdi özünü büsbütün qış,
qaralırdı, axırdı hər gün sözün doğrusu,
şirin çürük qoxusu, qaz iyi, isti vardı,
bir də köpəklər ilə quduz alman qoxusu;

tək gedirdim, quzğunlar, bir də qara qarğalar
başıma hərlənirdi, gözü yaşlı... qığılcım...
qanım da qaralmışdı, dörd yana bu qasırğa
sürünürdüsə, amma heç yanı tanımırdı.