Aleksandr Terexov
Aleksandr Mixayloviç Terexov (1966) — yazıçı, jurnalist, ssenarist, redaktordur. “Milli Bestseller” (2012) və “Böyük kitab” (2009) mükafatları laureatıdır.
Tula vilayətinin Novomoskovsk şəhərində anadan olub. 1991-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. “Oqonyok” jurnalında və “Soverşenno sekretno” qəzetində şərhçi, “Lyudi” jurnalının baş redaktor müavini, “Nastoyaşeye vremya” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Moskva Qərb İnzibati Dairəsi prefekturasının mətbuat mərkəzinə rəhbərlik edib.
Hekayələr, povestlər, romanlar toplularının müəllifidir. “Siçovulvuran”, “Səhranın kənarı”, “Bu dözülməz parlaq gələcək”, kəskin sosial mövzuda olan “Almanlar” və Stalinizm dövründən bəhs edən tarixi-fantastik “Daş körpü” kitabları çap olunub. Son iki əsər qızğın müzakirələrə səbəb olub və ekranlaşdırılıb
Onu heyrətamiz stilist, sehrli dili olan yazıçı adlandırırlar, qəhrəmanları həmişə böyük tarixi dövrdə yaşayır, öz dövrlərinin bəlalarından, sınaqlarından keçirlər.