Bir kainat xəyal et, kirəmitli və rahat...
* * *
Bir kainat xəyal et, kirəmitli və rahat,
Sudan indicə çıxmış pəri qız kimi sərin.
Coşqun, çovğun dolu bir Milad gecəsi kimi,
Gümüşü suyu kimi payız gölməçəsinin.
Səma sandıq kimidir açılar mis açarla,
Bir sentyabr günü gülüşümüz çiçəklər.
Kirəmitli göylərdən səpilər ovuclara
Ulduzlarla mələklər və kəhrəba ürəklər.
Bəs bu sehirli aləm siçan bassa nolacaq?
Qorxudacaq, xışıltı boz sükutu pozacaq.
Boğazın qaşınacaq, ağrı, qüssə dolacaq,
Kirəmitli işıqlar sönəcək, sozalacaq.
Rəqs eyləyir upuzun pərdələrlə küləklər...
Unutsaq hündürlüyü və o ucalıqdaca
Buludlarla oynayan bəyaz tüklü pişiklər
Təmizlik təntənəsi: bəyazdır, hər şey ağca.
Artıq keçib dişinə, xırıldayır siçan bəy —
Külək bir toxunuşla göydən yerə fırlatsın.
Qoy yuyulsun qanı da bir payız yağmurunda,
Çürük giləmeyvənin kol-kosuna qarışsın.