Pasternak Mayakovskinin kremasiyasını izləyir

Hə də poladəridən, mikalı pəncərədən, gözlərində qığılcım, o sıçrayan alova (elə bil iynəcəyə sən yayda zillənirsən) baxıb həqiqətən də gözlərin sulanırsa bəbək qarsan istidən, deməli, anlayırsan: bu atəş irmağının cəhənnəmindən sonra əbədiyyət dayanıb, sonsuzluq vardır orda. Stalin bu polada hələ bir az volfram, molibden qatacaqdır. Düz yaşamaq lazımdı, hiddətlə, dirənərək, zillənərək uzağa. Hələ səslənəcəkdi, əsgər marşı qarşıda. Hələ çalınmayıbdı hamıyçün əcəl zəngi, Qiyamətdə dövrəsi ağ gızılgül çələngi enəcək İsa Məsih, sahilə yan alacaq.