Nekropol
bir müddətdi sezirəm ki
daha yığmadığım telefon nömrələri var
hərçənd çıxdaş olanları siyahıda saxlayıram
senzura onları qayçılayıbsa da
burda hər şey olduqca canlıdı
peyğəmbərçiçəyi çobanyastığı talesiz sevgi
unutmağa imkan tapmadığım hər kəs
toplanıb kiçik elektron mavzoleydə
iflic olmuş bir düyməlik məsafədə
mauntin-vyuda göz vurur işıq diodları
server dinc — yanaşı otarır birləri və sıfırları
məzarlığım daim mənimlədi
oyanmadan əbədi uyu 5616682
4259672 sən isə hələ də yuxuma gəlirsən
9883394 sonadək danışmaqdıq və gecdi
daha yığmadığım telefon nömrələri var
hərçənd çıxdaş olanları siyahıda saxlayıram
senzura onları qayçılayıbsa da
burda hər şey olduqca canlıdı
peyğəmbərçiçəyi çobanyastığı talesiz sevgi
unutmağa imkan tapmadığım hər kəs
toplanıb kiçik elektron mavzoleydə
iflic olmuş bir düyməlik məsafədə
mauntin-vyuda göz vurur işıq diodları
server dinc — yanaşı otarır birləri və sıfırları
məzarlığım daim mənimlədi
oyanmadan əbədi uyu 5616682
4259672 sən isə hələ də yuxuma gəlirsən
9883394 sonadək danışmaqdıq və gecdi




