Deyirlər Ağrıdağda “İncil gəmiləri” var...

* * *

 Deyirlər Ağrıdağda “İncil gəmiləri” var.
Deyirlər o yandadı Habilin də məzarı.
İraq elə gözümü zəlzələdən, nə olar,
Sür-sümükdən uzaq tut gündüzlər, gecəyarı.

 Uzaq tut gözlərimi polis vurhavurundan,
Uzaq tut qulağımı hərb səsindən, atəşdən.
Qəzəbin kükrəyəndə — Su basarmış dünyanı,
Rəhmin gələndə bizə — Beytüllahimmiş* aləm.

 Gözüm dincəlsin deyə, söylə hara boylanım,
Söylə üz tutum hara, bu körpəni yaşadım?
Anlayıram, dünyadan bir azca çıxır başım,
Oyur-oyur oynayır yəqin ki, baxışların.

 Mənim son gördüklərim, qənaətim belədir:
Sevgi ilə yapdığın, yaratdığın bu bəşər
Elə ot-alaq kimi basıb düzü-dünyanı,
Fərq eləmir, ya kökəlt, ya da ətliyə göndər.

 Cırcırama oxumur, dinmir coxdan quş səsi.
Günahsız məxluqatın görünmür biçənəkdə.
Covdarlıqda görünmür zəngçiçəyin mavisi.
Bəlkə yaratmamısan, nolar, göstər görək də.

 Yırtılıbdı bu yerin zirehi, üzülüb can.
Qoca, cavan üstümdə, sayıram ikiyəcən.
Yəqin ki, kül olmamış tövlə vardır hardasa,
Qucağımda ikisi qaçacağam haracan?

 Sən yorğun gözlərimi hökmünlə təskin elə,
Yəqin hər şey məhv olur, necə gətirim duruş?
Söylə hayana baxım? Yoxsa o ikisinə?
Söz ver mənə ovcunda diriləcəkdi o quş.


* Vifleem — İordan çayının qərb sahilində şəhər, İsa Peyğmbərin doğulduğu yer.