Yaddaş qırılan yerdən başlayır əski bir film...
* * *
Yaddaş qırılan yerdən başlayır əski bir film,
əski bir musiqiylə yayılır çərən-pərən.
Parkda yağış dayanıb, söz aciz, necə deyim,
nə gözəl ətir saçır bu yaz günü yasəmən.
10 saylı tramvaya min, düş tağlı küçədə —
Stalin zamanından qalıb necə var elə.
Gəzdiriblər əl üstə, gəzmişəm tutub əldən,
burda yay kinosunda filmə baxmışam hələ.
Həmin hisslər barədə o film bəhs eləyirdi,
həmin o park barədə, qucaqdakı oğlandan.
Sonsuz keçmişin tutqun əksi bəs eləyirdi
gələcəyi vurmaqçün umudlu qanadından.
Xiffətdən ya sərxoşluq, ya sefehlik eləyib
şamlığın üzərindən qalxasan düz səmaya,
fələklərdən aşağı baxasan, heç bilməyib,
soruşasan bitibmi, bəlkə, olmayıb dava?!
Hər şey ağ-qara rəngdə — uşaqlar və analar,
qələbə ədasıyla sözlər, nasaz radio.
Necə uzandı ömür... gözyaşları, anılar,
təlaşlar xatırlansın, bir də hisslər... adı yox...