Ev heyvanları
Yamyaşıl təpədə mürgüləmişdim,
Ağlaya-ağlaya durdum səsimə.
İki xeyirxahı yuxuda gördüm,
Yuxuma girmişdi iki xoşsima.
Yuxuma girmişdi uzaq gəncliyim,
Evə yol almışdım, yoldaşım iki.
Birisi sevirdi evi, dincliyi,
Evin sahibini sevirdi biri.
O əziz adları çəkib doyunca,
Sözün badəsini dolu nuş etdim.
Kölgəsi köpəyin bir qurd olunca,
Pələngmiş kölgəsi gözəl pişiyin.
Yamyaşıl təpədə mürgüləmişdim.
Oyandım torpağın üstə — qupquru.
Nə köpək, nə pişik, təkcə mən yetim,
Bir də son baharın qaranlıq yolu.
Bu müdrik varlıqlar çox-çox uzaqdı,
Görən qaçarlarmı üstümə yenə?
Təkəm, noyabrdı, dəli sazaqdı.
İnilti, ev uzaq, mən qürbətdəyəm.
Ağlaya-ağlaya durdum səsimə.
İki xeyirxahı yuxuda gördüm,
Yuxuma girmişdi iki xoşsima.
Yuxuma girmişdi uzaq gəncliyim,
Evə yol almışdım, yoldaşım iki.
Birisi sevirdi evi, dincliyi,
Evin sahibini sevirdi biri.
O əziz adları çəkib doyunca,
Sözün badəsini dolu nuş etdim.
Kölgəsi köpəyin bir qurd olunca,
Pələngmiş kölgəsi gözəl pişiyin.
Yamyaşıl təpədə mürgüləmişdim.
Oyandım torpağın üstə — qupquru.
Nə köpək, nə pişik, təkcə mən yetim,
Bir də son baharın qaranlıq yolu.
Bu müdrik varlıqlar çox-çox uzaqdı,
Görən qaçarlarmı üstümə yenə?
Təkəm, noyabrdı, dəli sazaqdı.
İnilti, ev uzaq, mən qürbətdəyəm.




