Sahibsiz bağı ot basdı...

* * *

 Sahibsiz bağı ot basdı,
örtdü qızılgülü giciktən,
noxud da tamam cırlaşdı.
Gilas, gavalı yerinə
qanqallar əl-ayaq açdı.

 Meşə tərəfdə zibilliyin
dalında yanmış ilanotu,
xaşxaş qoxusunun içində
sarmaşıq qrammofonu
səs salır cəhənnəmdən.

 Çox kiçik və çox-çox azmandı,
sığınıb kölgə şahlığına
hər şeyi udan işarə — sıfır.
Tərəqqi mutantı gətir ağlına,
meşə, mələkotu, bataqlıq — nədi axır,
nədi əbəddən, əzəldən sonra?

 Eposdan sonra? Qəzəldən sonra?