Mövsüm bitincə
1. Elba
Necə ki Müqəddəs Həftə* xurmalı, söyüdlü başlar,
may Elbası** fikriylə də yola çıxar uzun yanvar.
Duman dağılar hər yana, çuvalları sovuraraq,
yatanları oyatmaqda gözlərini ovduraraq.
Yuxu qısa sürməmişdi, yenə bir az keçib zaman,
Budur gəlir müttəfiqi, Azovun buzlu bağrından,
bu sonuncu dalğasıdır — dördüncüdür — çağırışın,
soyuq külək öldürücü silahıdır indi qışın.
Pərdə-pərdə buz bağlayır kanalları don vurduqca,
monoton bir külək əsir ağ, qarlı sərhəd boyunca.
Təhrif olmuş əks-səda uzaqlarda inildəyir,
çəpərləri bir həmlədə o aşıb keçmək istəyir.
2. Ural utrişi
Həmişə yaz gələndə ora dolar adamla,
dirəkləri basdırıb çadırları qurarlar.
Hamı saqqallıları səslər “hippi”*** adıyla,
qadınlarsa həmişə “skvo”**** deyə çağrılar.
Yol meyxana tərəfdən endikcə incələrək,
dərələrdən keçdikcə nə artar, nə azalar.
Tayqa bataqlığında qayalar daş hörüktək
bataqlıqdan düzlərə körpü-körpü uzanar.
Bu silsilə yox olur çölün məndəcərində
və səslənir mövsümi “Ural utriş” nəğməsi.
Cığırların ilan tək düyünləndiyi yerdə
gecələrin bir gözəl, bir qızıl fasiləsi.
Naməlum bir məqsədlə kalik*****, müdrik, avara
bu qayalı dağları məskən seçib özünə.
Azdılar, çox oldular, boylanıb sabahlara
feilsiz xor oldular, eyni nəsil, bir çevrə.
Sanki bizim qəhrəman maneələr adlayıb
qəfildən ayıldı ki, düzdədir bir sürüylə.
O sözlü tələlərdən təmiz, üzüağ çıxıb
haralara varmadı kilidlənmiş diliylə.
Bir arşın namə yazıb, bitirdi kitabını,
sonra aşıb sədləri, izlədi öz yolunu.
Amma atıb getmədi yavru qırxılmışları,
dərələrdən keçirdi, soyğunlardan qorudu.
Bu dəyişkən relyeflər adamlara bənzəyir,
kurum******, şixan******* — ad deyil, insan deyil sadəcə.
...Bu dağılmış xor, çevrə yazdı öz “tarixini”,
yazıları həkk oldu onların öz diliylə.
Bu Asiya gecəsi lal vadiyə yayxanmış,
keçi nəğmələrini buxovlayan yuxunu
dadır indi çoxdandı tənha qalmış, uzanmış,
Dalilanın dizinə başını qoymuş Samson********.
* Müqəddəs həftə (əvvəllər: Böyük Həftə) — tarixi xristian kilsələrində, Pasxadan əvvəlki, axırıncı şam yeməyinin xatırlandığı həftə.
** Elba — İtaliyanın Toskana vilayətin bağlı ada. Xüsusən, may ayında turistlərin diqqət mərkəzində olur.
*** Hippi — 1960-cı illərdə ABŞ-da başlayan və digər ölkələrə yayılan cərəyana məxsus şəxs. Hippilərin narkotik maddələrdən istifadə, cinsi azadlıq və qadın hüquqları barədə özlərinə məxsus yanaşmaları var.
**** Skvo — “hindu qadın” deməkdir. Ötən əsrin 60-70-ci illərdə gənclərin jarqonunda təhqiramiz ifadə kimi istifadə olunmuşdur.
***** Kalik — yoldan keçərək ruhani misralar və dastanlar oxuyan sərgərdanların köhnə adı.
****** Kurum — süxur kütlələrinin dağılması prosesi və relyefin denudasiyasına səbəb olan “ana” süxurların məhv olması nəticəsində əmələ gələn məhsul.
******* Şixan — relyefinə görə yaxşı seçilən ayrıca dağ (təpə).
******** “Samson və Dalila” — bəstəsi fransız bəstəkarı Kamil Sen Sansa aid, “Əhdii-Ətiq”in “Hakimlər kitabı”ndakı rəvayətlərdən birinə əsasən yazılmış 3 pərdəli, 4 səhnəli opera.