Ucaltmışam özümə, mənim bir heykəlim var...

* * *

 Ucaltmışam özümə, mənim bir heykəlim var,
azlığın təkəbbürü, kütlənin zövqünə tay.
Bu yalançı kumiri görmüş diri oğullar,
yerim görünür deyə məni gəzməzlər. Ay-hay!

 Nəvələrim heç zaman, nəticələrim — qəti,
bu şipşirin həyatda məni anmayacaqlar.
Xəbərsiz olacaqlar nə gözəl əriyirdi,
şeirin ocağında şirin-şirin ağrılar.

 Səngiyəcək söhbətlər yaz yağışıtək, əlbət,
qovaqlardan uçuşan ümidsiz tüklər təki, —
lüğətə bir istinad, bir az bekara qeybət.
Qulaqlar bu şeylərə şəklənməz əlbəttə ki.

 Öləcəm. Öləcəklər. Tısbağa darağını
geriyə Merkuriyə verəcək daz Apollon.
İnan, bir kimsə yoxdur çəkməyə qayğısını —
ruhumuz, xatirəmiz yetimdir, biz — legion.

 Kapitoli keşişi, mənfur slavyan soyu,
kövrək bir qafiyəbaz — bir xeyli bihudə iş.
Muza, özün dəyər ver — qələm azman boşluğu
bir əqrəb inadıyla necə də doldururmuş.