təhqir işığı qara səril...
* * *
təhqir işığı qara səril
çılpaq şiddətli dünyəvi
çılpaq gərəkli kütləvi
təhqir işığı qara səril
qar yağmayacaq daha kəsdi
qar ovsunçudur dayanır boşboş
qar ovsunçudur baxışları bomboş
qar yağmayacaq daha kəsdi
vaxt seç onu soyundurmağa
soy dərisini dodaq kimi
soy dərisini taleyə ortaq kimi
vaxt seç onu soyundurmağa
nur düşməyəcək daha uzanıb
qıyır gözlərini soyuqdu əzginləşir geriyə
qıyır gözlərini əzginləşir yatmaq
nur düşməyəcək daha uzanıb
vaxt seç onu susdurmağa
cərəyanla köksünlə əbədilik
cərəyanla köksünlə və indilik
vaxt seç onu susdurmağa
təhqir işığı qara səril
çılpaq şiddətli dünyəvi
çılpaq gərəkli kütləvi
təhqir işığı qara səril
qar yağmayacaq daha kəsdi
qar ovsunçudur dayanır boşboş
qar ovsunçudur baxışları bomboş
qar yağmayacaq daha kəsdi
vaxt seç onu soyundurmağa
soy dərisini dodaq kimi
soy dərisini taleyə ortaq kimi
vaxt seç onu soyundurmağa
nur düşməyəcək daha uzanıb
qıyır gözlərini soyuqdu əzginləşir geriyə
qıyır gözlərini əzginləşir yatmaq
nur düşməyəcək daha uzanıb
vaxt seç onu susdurmağa
cərəyanla köksünlə əbədilik
cərəyanla köksünlə və indilik
vaxt seç onu susdurmağa





