Məktəbli
...Ta-ta-ta-ta-ta-ta-ta-ta-ta-ta-ta-ta-ta-ta-ta.
Əslində, o nə bilir keçmişin barəsində?
Yadımdadır, diribaş, çox zirək idi həm də.
Diribaş məktəbliyə bal kimi gəlir “Balzak.
Baməzə hekayələr”, oxuyur, yazır — “kazak”,
sevinir o bu sözdə sadə palindroma,
ikinci sadə söz də elə xoş gəlir ona,
üçüncü söz də asan, çox rahatdır bir də de,
o, təbəssüm doğurur, budur “ulıbok tebe”* —
lövhədə məsələyə məktəbli yekun vurur,
sinifdə gülüşlərdən yenə qulaq tutulur.
Bu sinif yoldaşları, bu cəsur pöhrəciklər
ilk yarılan başdaca geri çəkiləcəklər.
İndiki qayğısızlıq elə ilk dəfndəcə,
ilk əsəb böhranında birdəfəlik itəcək.
Zirək məktəbli sevmir sovet hökumətini.
Ona elə gəlir ki, yurdunu, vətənini
O qırmızı gödənli Leviafan udubdur.
Ürəyini qızdırır həmdəminə, bax budur:
“Hiss eləyə bilmirik bu torpağı, ölkəni**,
Biz zibil günündəyik, anlayırsanmı məni?
Çox pis şeylər baş verir bu gün burada, əlbət.
Çində də bizimkindən çox yaxşıdır vəziyyət”.
Diribaşdı məktəbli, darıxdırıcı oldu,
itdilər yoldaşları, oğlan tək-tənha qaldı.
Eşidilmədi daha şaqraq gülüş səsləri,
hamısı tərk elədi bu təhlükəli yeri.
Zirək idi məktəbli, di gəl əllərə düşdü,
həyat belədi, neynək, soyunsa əgər işdi,
güzgüdə gördüklərin yaşardar gözlərini,
görərsən üstündəki zorlama izlərini.
Açıb bədheybət ağzın, yayılır iyrənc qoxu,
qaçmaq olmur çəngindən — cəhd etdi buna çoxu.
Bizim keçmiş məktəbli qaçıb çıxsa da ordan,
nə azadlıq tapacaq, nə də başqa bir fayda.

Hələ ki dözə bilir oğlan bu lal sükuta.
Gəlin tələsməyək biz, görək sonu nə olur,
bəlkə, qazandı uğur, bəlkə var çıxış yolu?
* Söhbət rus dilindəki palindromlardan gedir. Konkret halda “улыбок тебе” palindromundan. Cümlə soldan-sağa bir cür, sağdan sola başqa cür oxunur; burda ikinci məna vulqar anlama gəlir.
** Mandelştamın 1933-cü ildə Stalinə həsr etdiyi ilk misrasına işarədir, bu şeir Mandelştamın işində əsas ittiham məqamı olub.