Kımılkut və Elennı
(Çukot sevgi ovsununun motivləri əsasında)
Daha məni sevmirsən, Elennı.
Rusa baxırsan, mənim Elennım.
Ona bədənini təslim etmək istəyirsən.
Mən çukçayam marallı,
sənə lazım deyiləm, Elennı.
Pisdir bu Kımılkutun halı.
Yer üzündə, bu Aralıq dünyada
pisdir halım.
Şaman qadının yanına getdim,
hamının tanıdığı Çarqonun yanına.
Dərdimi danışdım,
Çarqo belə dedi:
— Kədərlənmə, ağlama:
Elennı yenə sənin olacaq,
Əgər sənə dediklərimi eləsən, Kımılkut.
Onun qabağına çıx,
alaçıq arxasında kiçik bayıra gedəndə,
Elennının ürəyinə əmr elə —
de ki, çıxsın içindən sidiklə,
Və çəkmələrinlə tapdala
Onun qara ürəyini...
Qoy ürək bağırsın, ağrıdan əzab çəksin,
Əzabdan yenə də səni sevəcək.
— Yox, — dedim şaman qadına,
— Qanlı, açıq yaraya çevirmək istəmirəm
onun ürəyini...
Ağrı onu mənə qaytarmayacaq.
Qoy rusla getsin,
qoy ona versin hələ bu yaxınlaracan
sevərək mənə təslim etdiyini.
Eybi yox, qoy belə eləsin, mən isə
həyatın bir küncünə çəkiləcəyəm,
torpağın səmaya yaxın olduğu yerə.
Səmaya dırmaşacağam,
bu pis Yer üzünü tərk edəcəyəm.
Daha məni sevmirsən, Elennı.
Rusa baxırsan, mənim Elennım.
Ona bədənini təslim etmək istəyirsən.
Mən çukçayam marallı,
sənə lazım deyiləm, Elennı.
Pisdir bu Kımılkutun halı.
Yer üzündə, bu Aralıq dünyada
pisdir halım.
Şaman qadının yanına getdim,
hamının tanıdığı Çarqonun yanına.
Dərdimi danışdım,
Çarqo belə dedi:
— Kədərlənmə, ağlama:
Elennı yenə sənin olacaq,
Əgər sənə dediklərimi eləsən, Kımılkut.
Onun qabağına çıx,
alaçıq arxasında kiçik bayıra gedəndə,
Elennının ürəyinə əmr elə —
de ki, çıxsın içindən sidiklə,
Və çəkmələrinlə tapdala
Onun qara ürəyini...
Qoy ürək bağırsın, ağrıdan əzab çəksin,
Əzabdan yenə də səni sevəcək.
— Yox, — dedim şaman qadına,
— Qanlı, açıq yaraya çevirmək istəmirəm
onun ürəyini...
Ağrı onu mənə qaytarmayacaq.
Qoy rusla getsin,
qoy ona versin hələ bu yaxınlaracan
sevərək mənə təslim etdiyini.
Eybi yox, qoy belə eləsin, mən isə
həyatın bir küncünə çəkiləcəyəm,
torpağın səmaya yaxın olduğu yerə.
Səmaya dırmaşacağam,
bu pis Yer üzünü tərk edəcəyəm.




