Görürsən, qızıl arı...

* * *

Görürsən, qızıl arı
Yazı doldurur zəng-zəng.
Göylər çəkir qızları,
Oğlanları savaş, cəng.

Yer üzündə bərabər
Bölərik güzəranı.
Şüşədəki təzə-tər
Adın — eşqin davamı.

Əllərində yüz illər,
Gözündə yüz-yüz yuxu.
Mənə özünü göstər —
Sözdür sözün yoxluğu.

Xoş müjdə həvəsilə
Arılar uçur aram,
Keçmiş eşqin əlindən
Məni səni oğurlaram.

Səmada qanad gərib
Bir uçarıq ikimiz,
Bax nə boş, nə də qərib
Yaşadıq, yaşarıq biz.