“Mənə at verin” demək, hirslənmək mənasızdı...
* * *
“Mənə at verin” demək, hirslənmək mənasızdı,
Bura sakit və soyuq, dərdli, kasıb daxmadı.
Nə qaldı ki, əzizim, bir damcı günəş sızdı,
O işıq da bizimçün süzülmədi, axmadı.
Saralıb-solmuş otlar üstə nahar soyuyur,
Tanrı dincəlir yəqin, Vətən də xorultuda.
Elə bil ki çaydanda qəzəbimdi gurlayır
İlgəkdəki boğaztək əcaib xırıltıyla.
Yenə də bizi elə samanlığa saldılar,
O kilsə zənglərinin sədaları altında.
Əllərinə nə keçsə, taladılar ayılar,
Nə keçsə əllərinə çapdılar, taladılar.
Evləri, ağacları diri-diri gömdülər.
Payız keçir, heç bir şeyə baxmadan.
Bu kənddə yaşayanlar bircə-bircə öldülər,
Əzizim, təkcə sənsən yeganə diri qalan.
Bu alaqaranlıqda sən necə tapdın məni,
Necə qurtardın canı bu sözdən, bu söhbətdən
Astar üzünə geyib çəhrayı köynəyini,
Başına da nazik bir şalı atıb, örtmədən?
Bunu niyə elədin, sən ki çox gəncsən axı,
Mənim uduzduğum bu savaş nə verər sənə?
İstəmirəm bu mənfur dünyada yaşamağı,
Sən onun bədənini örtmə öz bədəninlə!