Uzun zamandır ətrafı bürüyüb civilti səsi...
* * *
Uzun zamandır ətrafı bürüyüb civilti səsi,
Bu nədir başım üstündə, durna qatarımı uçur?
Heyif ki üzür adamı köhnənin ciyitli səsi.
Buludlar uçuq ev kimi uğuldamaqda gurhagur.
Və beləcə yavaş-yavaş soyuqlar təşrif buyurur,
Yenə səsləşib durublar, yol görünür durnalara.
Qanadlanıb məşq edirlər: süzmək budur, Cənub budur.
Qayıdıb bir də baxırlar, dəqiq olsun, indi hara?
Nə sənə qaldı, nə mənə, bölüşmədik hərarəti.
Yaraşdı geniş səmaya qoşa qanad süzgünlüyü.
Uçduqca qalır arxada damlar, günbəzlər, zəng səsi.
Səpələnir göydən yerə, durna hüznü, üzgünlüyü.
Bu divardan o tərəfə mənim də enerjim bitir.
Həyat əyləcim basılıb, planetlər paraddadır.
Başımın üstündə yenə ölüm mələyi dövr edir,
Yerə ensinmi, gəlsinmi: qərarsızdır, hələ baxır.