Odissey
(Uzun monotraveloq qısa ixtisarlarla)
Stoik deyiləm, şəhvətə, qorxuya, ağrıya dözmürəm.
Döyüşə getmirdim, özümü maymaqlığa vurmuşdum.
Amma dəliqanlı savaş daha cəsarətlidir sülhdən
və budur, mən axmaq riyakar, öküzə eşşək qoşub,
hiylə işlədib torpağa buğda yerinə duz səpsəm də,
savaş elçisi üstünü açdı mənim miskin hiyləmin.
Körpə balamı kotanın altına atdı amansızca,
tərk etməli oldum evimi, arvadımı, uşağımı,
qılınc götürüb, qalxan asdım gəminin göyərtəsindən,
<...>
Müharibəni tez bitirmək üçün tələ qurdum mən də
troyalılara: saxta at düzəltdim gəmi lövhəsindən,
yarım düjn döyüşçü gizləndi orada. Troyalılar
Kassandraya inanmayıb atı içəriyə buraxdılar.
Yazıqlar bunu xoş əlamət, Tanrılardan pay sandılar.
Elə o gecə Troya silindi dünya xəritəsindən.
<...>
Amma müharibə buraxmırdı məni, namərdcəsinə
qisasını alırdı hiylələrimin. İyirmi il üzdüm
dənizlərdə, dəlik-deşik göyərtələri tıxayaraq,
cırılmış yelkənləri və sonuncu ümid parçasını
yamadım, günləri, qayaları, dalğaları saymadım;
alçaq müharibə buraxmırdı doğma evə qayıdam,
burnu fırtıqlı uşaq kimi dolaşırdım dünyanı mən.
<...>
Mən sərgərdan gəzirdim dünyanı, arvadım toxuyurdu,
zamanın hər şey yadındadı, məkan özünü unudub.
Bozarmış yelkənlərin ömrütək vaxtı da uzadırdım,
amma parçalanırdı, çürüyürdü, düşürdü ovcumdan,
gəmi sükanıtək yumruğumda sıxırdım məsafəni,
zira məsafələr əllərimdən çıxıb, hərlənir, hərlənirdi,
dalğalar və adalardan başqa heç nə vəd etmədən.
<...>
Nəhayət müharibədən doğma evimə qayıdanda
o, köpək kimi məni gözləyirdi tanış kandardaca.
Arsız adaxlılarını Troya atısayağı çıxardı
qabağıma. Yenə də qatil oldum, qurban verdim
acgöz, doyumsuz, alçaq, daim qana susamış savaşçün.
Aciz bir həşəratdan seçilmir insan savaş önündə.