Ars poetica

Bax, gözünü açıb sən, dördgözlə bax, oxucum!
Heç olmasa şərəf ver, heç olmasa gözucu!

Eybi yox, çəpəki bax! Bax amma ki sən bura!
Mənə yox e, ay səfeh, bax yuxarı, bax ora!

Sözümə istəyirsən sən diqqət eləmə heç!
Amma o uzaqdakı nuru, işığı sən seç!

Yox, canım, nə parıltı, nə görkəm, bunu boşla!
Bulud... buluda bax sən, yaxşı, əl çək Blokdan!

Bax buluda, gör necə boyalıdır azacıq,
Gör necə də gözəldir, nədir, baxmısan artıq?!

Hə, düşdümü yadına, bax, bax, hə-hə, onlardı.
Bütün bu söhbətlərin yalnız bir məğzi vardı.

Gör necə də alışır, yanır onlar qürubda!
Razısansa dur indi, qalxıb məni alqışla!