Aralıq dünya
Mən tonqal qaladım, yemlədim ocağı,
Qanımdan min damla damızdırdım ora.
Al qırmızı ağır qanımdan min damla,
Şirəli — alışan, bəsirətli qandan.
Atəş bayram etdi, çığırdı, titrədi,
Kükrədi, bağırdı odlu dilləriylə.
Qığılcımlar saçdı o, saysız-hesabsız,
Qığılcım burulub çatdı ulduzlara.
Tüstü qüllələri dəlib keçdi göyü,
Yeni paltar biçən ilantək yelləndi,
Qulağına sızdı göylər aləminin.
Ulduzlar göylərdə gurultu saldılar,
Uğultulu səslə hərləndilər möhkəm.
Yaşıl, təmiz iplə hörüb bağladılar
Sehirli elektrik qığılcımlarını.
Şimal səfəqləri, Şimal parıltısı.
Odun ətrafından mən tilsimlər asdım,
Qırmızı küknarın-sidrin gövdəsindən,
Möhkəm, kələ-kötür, qamətli gövdədən,
Sırsıra bağlamış keçilməz kolluqdan,
Qar altında qalmış yuxusuz pöhrədən.
Çəkilmiş çevrədə çırtıldadı kömür,
Onların altında qızındı odunlar.
Kahada ayıtək oyandı, qalxdı qar,
Torpağın qanı da isindi, duruldu,
Torpağın duzu da qarışaraq qara
Əriyib süzüldü yerin qulağına.
Suiti sümüyü, quş caynaqlarından
Həssas amuletlərim yellənib tərpəndi,
Onların üstündə tilsimlər alışdı,
Tilsimlər oynaşdı Şimal şəfəqinin
Tərtəmiz, yamyaşıl nurunun altda.
Yerimdən sıçrayıb qavalı götürdüm,
Qəzəbli qurd kimi hərlənib oynadım:
Min-min müqəddəs ruh, toplaşın, yığışın,
Min-min müqəddəs ruh, qaçın, dağılışın,
Min-min müqəddəs ruh uçun, qanad çalın,
Kömək edin bu gün qocaman Ayyaya.
Min il qorumuşam bu torpaqları,
Torpağı, burada yaşayan hər canı,
Qaçanı, gəzəni, düşünə biləni,
Uçanı, üzəni, süzəni, sevəni.
Bu torpaq üstündə bitən hər nə varsa,
Min ildi qoruyub saxlaya bilmişəm.
Çayları ram edib doldurdum balıqla.
Çölləri yatırıb heyvan yetişdirdim.
Göyü möhkəmlədib doldurdum quşlarla,
Yeri dərinlədib, artırdım sərvətini.
Sərhəddimi aşan düşmənləri əzdim,
İndi qocalmışam, qalmayıb taqətim.
Qızışıb qırıldı zamanın təkəri.
Əziz torpağımın qaməti əyildi.
Aralıq dünyanı bürüdü qəzəb, kin,
Göz açmağa qoymur, inildəyir qaval.
Unudub hər şeyi didişir adamlar.
Nə mərhəmət qalıb, nə sevgi insana.
Gəmirdi bu ağrı, yandırdı canımı,
Göz adlı oyuqda göz yaşlarım donub,
Nəm torpaq altından, əbədi soyuqdan
Qaynayaraq çıxıb qalxır göyə ağrı,
Titrəyib əsirlər gurultuyla dağlar,
Xəstə dənizlərin köpüklənir ağzı.
Döyüş yoldaşlarım, kömək edin mənə.
Yorğunam, gedə də bilmirəm, amma —
Kimə tapşırım ki bu canlı aləmi?
Vəşhi heyvan kimi baxır Qütb ulduzu,
Məndən daha heç nə qalmayıbdı, dostlar,
Tələsin yoldaşlar, bacılar, qardaşlar.
Titrədi budaqlar, üzdü qar təpəsi,
Zərif külə döndü duam, tilsimlərim,
Yaşıl nöqtə oldu büzüşmüş ipləri.
Tək alov hökm etsin deyə yer üzünə,
Tonqalın ağzına dartındı ulduzlar.
Qəfil sakitləşdi, aralandı alov,
Kölgələr başına cəm oldu şamanın,
Tüstü vıyıldadı burularaq göyə:
Tərsinə çevrildi, dəyişdi aləm.
Dəyişdi işığın sifəti.
Qanımdan min damla damızdırdım ora.
Al qırmızı ağır qanımdan min damla,
Şirəli — alışan, bəsirətli qandan.
Atəş bayram etdi, çığırdı, titrədi,
Kükrədi, bağırdı odlu dilləriylə.
Qığılcımlar saçdı o, saysız-hesabsız,
Qığılcım burulub çatdı ulduzlara.
Tüstü qüllələri dəlib keçdi göyü,
Yeni paltar biçən ilantək yelləndi,
Qulağına sızdı göylər aləminin.
Ulduzlar göylərdə gurultu saldılar,
Uğultulu səslə hərləndilər möhkəm.
Yaşıl, təmiz iplə hörüb bağladılar
Sehirli elektrik qığılcımlarını.
Şimal səfəqləri, Şimal parıltısı.
Odun ətrafından mən tilsimlər asdım,
Qırmızı küknarın-sidrin gövdəsindən,
Möhkəm, kələ-kötür, qamətli gövdədən,
Sırsıra bağlamış keçilməz kolluqdan,
Qar altında qalmış yuxusuz pöhrədən.
Çəkilmiş çevrədə çırtıldadı kömür,
Onların altında qızındı odunlar.
Kahada ayıtək oyandı, qalxdı qar,
Torpağın qanı da isindi, duruldu,
Torpağın duzu da qarışaraq qara
Əriyib süzüldü yerin qulağına.
Suiti sümüyü, quş caynaqlarından
Həssas amuletlərim yellənib tərpəndi,
Onların üstündə tilsimlər alışdı,
Tilsimlər oynaşdı Şimal şəfəqinin
Tərtəmiz, yamyaşıl nurunun altda.
Yerimdən sıçrayıb qavalı götürdüm,
Qəzəbli qurd kimi hərlənib oynadım:
Min-min müqəddəs ruh, toplaşın, yığışın,
Min-min müqəddəs ruh, qaçın, dağılışın,
Min-min müqəddəs ruh uçun, qanad çalın,
Kömək edin bu gün qocaman Ayyaya.
Min il qorumuşam bu torpaqları,
Torpağı, burada yaşayan hər canı,
Qaçanı, gəzəni, düşünə biləni,
Uçanı, üzəni, süzəni, sevəni.
Bu torpaq üstündə bitən hər nə varsa,
Min ildi qoruyub saxlaya bilmişəm.
Çayları ram edib doldurdum balıqla.
Çölləri yatırıb heyvan yetişdirdim.
Göyü möhkəmlədib doldurdum quşlarla,
Yeri dərinlədib, artırdım sərvətini.
Sərhəddimi aşan düşmənləri əzdim,
İndi qocalmışam, qalmayıb taqətim.
Qızışıb qırıldı zamanın təkəri.
Əziz torpağımın qaməti əyildi.
Aralıq dünyanı bürüdü qəzəb, kin,
Göz açmağa qoymur, inildəyir qaval.
Unudub hər şeyi didişir adamlar.
Nə mərhəmət qalıb, nə sevgi insana.
Gəmirdi bu ağrı, yandırdı canımı,
Göz adlı oyuqda göz yaşlarım donub,
Nəm torpaq altından, əbədi soyuqdan
Qaynayaraq çıxıb qalxır göyə ağrı,
Titrəyib əsirlər gurultuyla dağlar,
Xəstə dənizlərin köpüklənir ağzı.
Döyüş yoldaşlarım, kömək edin mənə.
Yorğunam, gedə də bilmirəm, amma —
Kimə tapşırım ki bu canlı aləmi?
Vəşhi heyvan kimi baxır Qütb ulduzu,
Məndən daha heç nə qalmayıbdı, dostlar,
Tələsin yoldaşlar, bacılar, qardaşlar.
Titrədi budaqlar, üzdü qar təpəsi,
Zərif külə döndü duam, tilsimlərim,
Yaşıl nöqtə oldu büzüşmüş ipləri.
Tək alov hökm etsin deyə yer üzünə,
Tonqalın ağzına dartındı ulduzlar.
Qəfil sakitləşdi, aralandı alov,
Kölgələr başına cəm oldu şamanın,
Tüstü vıyıldadı burularaq göyə:
Tərsinə çevrildi, dəyişdi aləm.
Dəyişdi işığın sifəti.




