Nərgiz

Xeyli sirli, kimsəsizlər gecəsində sən Qaynayan o saf bulağa nəzər etmisən, O yerdə ki, haray salır yenə tanış dil, O nəm yerlər olur sənə sonuncu mənzil. Qum dolu dib kimi sinən əsir, titrəyir, Balıqlar da qıvraq-qırvraq ora yol çəkir Və rastlaşır üzün orda tanış simayla, Qarşı vadi dolub daşır yenə sədayla. İndi isə tərtəmizdir üstündəki su, Buludları əks eləyir, həm də kol-kosu. Artıq üzün — çöhrən sənin bərqdi, parıltı. Hər kimə ki oraq dəyib — yoxdur qaraltı. Yalnız sükut, hamar səthdi, susub qamışlar. Kəsəyənlər otluqlardan yoxa çıxıblar. Göz yaşları silinibdi, küsülər bitib, Buzlu Aid bu dünyaya yuxu gətirib.