Nərgiz
Xeyli sirli, kimsəsizlər gecəsində sən
Qaynayan o saf bulağa nəzər etmisən,
O yerdə ki, haray salır yenə tanış dil,
O nəm yerlər olur sənə sonuncu mənzil.
Qum dolu dib kimi sinən əsir, titrəyir,
Balıqlar da qıvraq-qırvraq ora yol çəkir
Və rastlaşır üzün orda tanış simayla,
Qarşı vadi dolub daşır yenə sədayla.
İndi isə tərtəmizdir üstündəki su,
Buludları əks eləyir, həm də kol-kosu.
Artıq üzün — çöhrən sənin bərqdi, parıltı.
Hər kimə ki oraq dəyib — yoxdur qaraltı.
Yalnız sükut, hamar səthdi, susub qamışlar.
Kəsəyənlər otluqlardan yoxa çıxıblar.
Göz yaşları silinibdi, küsülər bitib,
Buzlu Aid bu dünyaya yuxu gətirib.





