Göyə baxır pişpişələr, gicitkən...
* * *
Göyə baxır pişpişələr, gicitkən,
kəklikotu, astraqal, yaşıl çətir.
Salxım söyüdlərin sıx kölgəsində
şanapipik nəyisə təmir edir.
Gözümü yumuram — görürəm onu,
soyunur dişiciklər ürkək-ürkək.
Gözəl minarəli qatırquyruğu,
altdan xaç geyinmiş sarı vəzərək.
Yenə dünya qaynar qantək dolanır,
axır, axır soyuq limfa bulağı.
çaysa gülür, qaş-qabağı sallanır,
zay qafiyə beləcə bağışlanır.
Qarışqa cərgəsi— dilsiz qafilə,
sındırır budaqları vecsiz külək,
Arı sürüsütək sıralanır qafiyə,
eşşəkarısıtək ahəng də zəng-zəng.
Mavi yarpaq üstə mələk yuyunur,
pərvanə işığın haləsindədi.
Beləcə — bir bax ki — bu yayın sonu
gördüyün nə xoş bir mənzərədi.
Şam ağacı — çiyininçün bacıdır,
iynələri suyun üzünə salır,
görür bulaq necə söz-söz qaynayır,
gurultuluVolqanı salamlayır.
Göyə baxır pişpişələr, gicitkən,
kəklikotu, astraqal, yaşıl çətir.
Salxım söyüdlərin sıx kölgəsində
şanapipik nəyisə təmir edir.
Gözümü yumuram — görürəm onu,
soyunur dişiciklər ürkək-ürkək.
Gözəl minarəli qatırquyruğu,
altdan xaç geyinmiş sarı vəzərək.
Yenə dünya qaynar qantək dolanır,
axır, axır soyuq limfa bulağı.
çaysa gülür, qaş-qabağı sallanır,
zay qafiyə beləcə bağışlanır.
Qarışqa cərgəsi— dilsiz qafilə,
sındırır budaqları vecsiz külək,
Arı sürüsütək sıralanır qafiyə,
eşşəkarısıtək ahəng də zəng-zəng.
Mavi yarpaq üstə mələk yuyunur,
pərvanə işığın haləsindədi.
Beləcə — bir bax ki — bu yayın sonu
gördüyün nə xoş bir mənzərədi.
Şam ağacı — çiyininçün bacıdır,
iynələri suyun üzünə salır,
görür bulaq necə söz-söz qaynayır,
gurultuluVolqanı salamlayır.





