yuxu banlayır kölgə dənləyir...

* * * yuxu banlayır kölgə dənləyir dünyada nə varsa tərsinə dönür günəş çuxura baxıb sevinir elə bil çuxur da özününküdü gedək əylənək muzdlular kimi bəs edər iynəylə gor qazdığımız silək taleyi neyin səsini unudaq rəqs edək bizim hamımız bağışlanıblar fırıldaqçılar belə olmur amma bayram edirlər çayı üfürürlər ay işığında ikinci hissədə ləpələr nəmdilər