Görürsənmi, söz mələyi...
* * *
Görürsənmi, söz mələyi
döndü qanadı üstə.
Həssasdı onun ürəyi,
ağlayır o ahəstə.
O, yerdən qalxıb yanaşır
daha çevik rəqibə.
Güclü düşmənlə yarışır,
çətindi bu qələbə.
Yuxarıda söz mələyi,
durub əlində tütək.
Yerdən başqa mələk gəlir,
kitab yüklü bir mələk.
Qanadlar var çiynimizdə,
durub uçmağa hazır.
Yaşamaq bu yer üzündə
ağırdı, yaman ağır...
Amma ki, bax, söz mələyi
hər ağrını daşıyır...
Görürsənmi, söz mələyi
döndü qanadı üstə.
Həssasdı onun ürəyi,
ağlayır o ahəstə.
O, yerdən qalxıb yanaşır
daha çevik rəqibə.
Güclü düşmənlə yarışır,
çətindi bu qələbə.
Yuxarıda söz mələyi,
durub əlində tütək.
Yerdən başqa mələk gəlir,
kitab yüklü bir mələk.
Qanadlar var çiynimizdə,
durub uçmağa hazır.
Yaşamaq bu yer üzündə
ağırdı, yaman ağır...
Amma ki, bax, söz mələyi
hər ağrını daşıyır...





