Skiflər

zillən
hardasa Krım küləklərinin
yandırdığı
kəsik-kəsik etdiyi
mürgülü Altayda
qırov vurmuş
skifli simasını
bəli-bəli simasını
istər-istəməz görəcəksən
özü də necə.

 bax
gör
illərin dərinliyindən
payızın güzgüsündən
yayın kölgəsindən
qarların altından
velosiped təkərləri üzərində

 hansı ağlasığmaz sürətlə
bizə doğru yol gəlir
hansı başgicəlləndirən sürətlə
salto-mortaleyə
dolama hərəkətə
sıçrayışa hazırdı
və başqalaşır bədən

 asta-asta və sürətlə
zamanlar əvəzlənir
öz yolundakı
təşviş və şəhərləri silib süpürür
coğrafi xəritələrin bütün səthini
təpələrlə örtür

 ilk baxışda
sən o ulu nənəmizi
o daş qadını
tanımaya bilərsən
amma o almaz kimi bəmbərk
həqiqi göz yaşları tökəcək
qəbri üstə Velimirin