Çox görmə sən mənə azman qürubu...

* * *

 Çox görmə sən mənə azman qürubu,
ağrı dolu qaratoyuq səsini,
çəpər aşan güllərin buruğunu,
yaşılını, boylanmaq həvəsini.

 Axşamların dəli dilsizliyini,
Nabokovun həmin qaranquşunu,
qoltuğunda şairin bir cildini —
sözlər açıb ona öz ağuşunu.

 Hər şey kimi saxta olan sobada
oynaqlayan son günəş şüasını,
siyənəyi — çörəyin arasında,
bir az soğan— unutmayım dadını.

 Güllü fincandakı acı qəhvəni,
bircə tütün çatmır, qəhət olubdu,
London yazındakı bu gec səhnəni —
naməlum təşvişlə gözüm dolubdu.

 Güzəranın müftə, xoş dincliyini —
hamı elə danışır öz bağından,
Brut kimi suçlayıram özümü
mərhum qardaş, tək sənin qabağında.