Şəhərcik ki, uydurdum, adamlarla doldurdum...

* * *

Şəhərcik ki, uydurdum, adamlarla doldurdum,
şəhərcik ki, göyündən asdım mən buludları,
batıb gedir, nədən ki, sakinləri qudurdu,
çünki hesab etdilər ömür yaman qısadır.

Ha çalışır ifaçı, yenə kəsilir nəğmə.
İşıqçı qaqaş söyür, fənər yanmır ki, yanmır.
Aynada göz görəsi solur o qız, gözəlçə.
şəhərcik batır, batır.

Bağışlayın cənablar, gözləmirdim, nə bilək,
gorbagor oldu hər şey, o ki qaldı özümə,
xəzanlı bağçadayam, əsir, fit çalır külək,
yarpaqlar da burulub toxunur kürəyimə.