Axmaq suallar

Maraqlıdır —
doğrudanmı, qalaktikalar
qorxub qaçırlar bir-birindən?
Doğrudanmı, dinozavrlar
ölüblər ki, görməsinlər
tankların dövrünü?
Düzdürmü ki, deyirlər,
yalnız polisin gizli nəzarəti altında
insana çevrilib meymun?
Həqiqətənmi, Həvva
xeyirlə şərin bilik ağacından
ona görə meyvə dərib ki,
bu bağı qəfil
başqasınınkı sanıb?
Məgər milyonlar
milyardlara borclu deyilmi,
milyardlar min üçün hər şeyə hazırdırsa?
Atlantida ona görə suda batmayıbmı ki,
onun hakim sinifləri
Arximed qanununu ayaq altına atıblar?
Təbiət qəsdən
insanı bu ölçüdə yaradıb ki,
onu iyrənc mikroblardan,
eləcə də sehirli ulduzlardan
uzaqda saxlaya bilsin?
Nə vaxt ağıllı cavablar alacağıq
bütün axmaq suallarımıza?