Bir cənub gecəsində perrondayam tək-tənha...

* * *

Bir cənub gecəsində perrondayam tək-tənha,
qatarı gözləyirəm, gəlmək bilmir, gəlmir o.
Toy karvanıdı sanki işıldaquş bir sıra,
parlayırlar, sönürlər, işıqlanır dərə, yol.

Parlayırlar, sönürlər. Qızılgül, xlor iyi,
hardasa yaxınlıqda təkrarlanan söyüşlər.
Amma zülmət parlayır bəmbəyaz fosfor kimi,
havanı yandırmağa hazırdı bu cücülər.

Projektor gecəni yarıb işıq salanda,
dişlərini qıcırdan, şüşəsi oyuq-oyuq,
işıqları ya sönmüş, ya da ki pərən-pərən,
(qafqazlı haqq-hesabı, heç cür anlamaq olmur).

qatar tərpənən kimi tulladım çamadanı,
atıldım arxasınca vaqona, baxdım geri:
hər şey qaranlıq idi: palmalar, vağzal, dəniz, —
hər şey sanki yanırdı nigahın həsrətiylə.

Paya üstə ev nədi — ey ögey ana vətən —
pendirli mamalıqa — büt heykəllə birlikdə
çökməkdə olan zirvə — sonra — gurultu, xaos —
sonra pəncərələrdə barıt dolu şimşəklər.

Kim gedibsə, yalnız o qalacaq — hamı bilir,
xiffətlə ürəkləri kim sağaldıb o zaman?!
Bu ölkədən deyiləm, mən bu yüzillikdənəm— belə demişdi mənə
parisli o qoca zek, həmin müdirk Sezeman.

Nə işıldaquş indi nur ələyir, nə ulduz,
heç nə gözləmirəm də. Yastığım nəm fanilik.
Səhərlər görürəm ki, hələ aydındı hava,
atəş açmırlar, susmur ilham pərim hələlik.