Hamıya! Qoy bilsin, qoy bilsin hamı!..
* * *
Hamıya! Qoy bilsin, qoy bilsin hamı!
Qızımız üzməyi öyrənir axı.
Tərpət yanbızları! — deyir anası.
Yetişib piyləri əritmək vaxtı...
Tez dəsmala bürüyür, deyir ki: “Olmaz heç nə!
Körpə vaxtı bununla səni örtərdim yenə.
Tərlik, sabun və geyim — bunları da götür sən.
Başın yaş çıxıb gəzmə, yoxsa ki, gic olarsan...”
Qızımızsa çiynində qalın çanta vurnuxur,
Geyinmə otağına gəlib səssizcə durur.
Birdən mələyə bənzər dörd qız girir içəri.
Bizimki baxır, baxır, çıxıb getmək istəyir:
— Allah verib də! İndi necə soyunum burda?
Tumanım “Bay-bay gənclik!”, çıxmayıb ki döş-baş da.
Yerimir e, uçurlar, atlanır əl-qol, saçlar.
Sarımsaqdı elə bil, bədən bütöv, hamavar.
“Özünə bax” — demişdi anam, — “qrip tutarsan.
Sonra elə məcburən sarımsaq aşırdarsan”.
Gözəllər onu görmür, başları qarışıqdı.
Ətəyi çıxartmadan soyunmağa başlayır.
Çimərlik paltarını köynəklə geymək nədir?
Sonra əlləş hər şeyi altdan çıxart görüm bir!
Belə... Bir saat keçir, sonra məlum duş alma...
“Hə, anam demişdi ki, saçların yaş çox qalma”.
Quruducu altında oturur və dinləyir.
Qızlar da gülüşürlər... kosmetik çanta, ətir...
“Sen-Loran”dan, “Klema”dan, “Burjua”dan söz gedir.
Dərhal çıxır otaqdan. Ardınca ana gəlir.
— Üzdün? Sabah gəlirsən? Nədir? Uddun dilini?
Bizim qızsa oturur, büzüşür siçan kimi.
Baxışı nöqtə-nöqtə, ağlayır sətir-sətir,
Vergüllüdür susmağı, astacana dillənir:
— Hanı sənin səliqən, bər-bəzəyin, ay qadın,
Dodağında parıltın, ayaqda dikdabanın..?
Sən bu cür olmasaydın, başqa cür yetişərdim,
“Krasnaya Zarya”nı “Valevski”dən seçərdim*!
Bilmədim necə deyim, ay qızım, bax bu ömür
Sevgisiz yoğrulubsa, insan özünü görmür —
Həyatımda sevgiylə kimsə qoymayıbsa iz...
Bizim qız, sevgisiz qız, üzülmə, sadəcə üz!
* Ətir növləri.