Ürkəklik

Yeddi dəfə mühakimə olunmuşam, düşərgələrdə olmuşam,
qonşu yataqda ölən adam barədə rəhbərliyə məlumat verməyə
tələsmirdilər, yerinə artıq çörək payını ala bilsinlər deyə;
mən ölülərlə birgə də yatmışam, nəzarətçi adamları bir-bir
sayıbdı da — qoxuya görə ölünü ayırd edənə qədər.
Xüsusi сiddi rejimli zonlardan da qaçmışam,
qadağan olunmuş zolaqda güllənmək təhlükəsi altda;
edam gözləyənlərlə birgə eyni vaqonda hökmün icrasına qədər
əzab da çəkmişəm. Karserlərdə də ilişib qalmışam,
təkadamlıq kameralarda da...
Və ən sadəlövh adam kimi, əlimdəki şeir dəftərinə əzab verib
“Novıy mir” redaksiyası ağzında ürkək-ürkək
var-gəl də eləmişəm.