Odissey üçün layla
O deyir ki, ömür payım, bəxt ulduzum, zavallı Penelopa,
mən cavanlıq eləyəndə, əldən düşüb əməllicə qocalmısan sən.
Buz bağlayıb Amerika, sanki çat-çat şüşə ilə örtülübdü Avropa,
bəlli olur yüzillərdən bu yerlərdə, burda nə cür kam almısan sən.
Eh, əzizim, sən gəzəndə, buralarda dörd tərəfi basıbdı yonca,
al boyalı, yapışqanlı, yarpaqları istehzalı ürək kimi bir az hərcayı,
sonsuz zaman toxunubdu, üst-başı da xırda-xırda yoncalı xonca,
acı yonca çayı sənə dəmləyərəm, dirilik çayı...
İç, nuş elə, cənub yeli yolu azmış gəmiləri cəkir sahilə,
iç, nuş elə, ölüb gedib adaxlılar, dəniz küləksiz,
iç, nuş elə, bax oğullar böyüyübdü, igidliklər qarşıda hələ,
iç, nuş elə, göyüzü də çiçəkləyib, Odissey, hey iç.
Xumarlanır dərya nazla, ləçəklər də yığılır bax yelpik misalı,
yoncalıqda göyərirlər, qovuşurlar yoxa çıxmış vətən elləri —
yonca ruhu süfrə açır vəfa haqda şirin xülyalı,
iç, nuş elə, ey sevincim, sevincimin əski illəri...