Ufaleyə getmişəm paravozun damında...
* * *
Ufaleyə getmişəm paravozun damında,
iki əllə qucmuşam dostlarımı mən onda —
Tısbağanı, Vudaşı, qıyıb uşaq gözümü
burnumdan, qulağımdan yan ötən göy üzünü
uzanıb seyr etmişəm, nəmli gözlə baxmışam
bu sonsuz açıqlığa — bəzən olub uçmuşam:
sağ meşə, sol laləzar, maşınlar, traktorlar,
avaralar, işçilər lap obaşdan durublar.
Əldə səbət nənələr, göbələkbaz uşaqlar,
çayda motorlarıyla o kələkbaz qoçaqlar.
İlıq mehin altında uzanıb düşünürsən,
bəlkə, heç bu yerlərdən bir yana getməyəsən.
Bəlkə, boşuna gedir bu südəmər, bu səfeh
paravozun damında, mənzil başı Ufaley!
Sverdlovsk cibgirləri, kefli, azad yolçular
Sümürür “Prima”nı hər vaqonda nəyi var.





