Ufaleyə getmişəm paravozun damında...

* * * Ufaleyə getmişəm paravozun damında, iki əllə qucmuşam dostlarımı mən onda — Tısbağanı, Vudaşı, qıyıb uşaq gözümü burnumdan, qulağımdan yan ötən göy üzünü uzanıb seyr etmişəm, nəmli gözlə baxmışam bu sonsuz açıqlığa — bəzən olub uçmuşam: sağ meşə, sol laləzar, maşınlar, traktorlar, avaralar, işçilər lap obaşdan durublar. Əldə səbət nənələr, göbələkbaz uşaqlar, çayda motorlarıyla o kələkbaz qoçaqlar. İlıq mehin altında uzanıb düşünürsən, bəlkə, heç bu yerlərdən bir yana getməyəsən. Bəlkə, boşuna gedir bu südəmər, bu səfeh paravozun damında, mənzil başı Ufaley! Sverdlovsk cibgirləri, kefli, azad yolçular Sümürür “Prima”nı hər vaqonda nəyi var.