İttiham tərəfinin şahidləri
Cibgirliyə təzə başlayan oğlandım,
ilk dəfə polisə təslim ediləndə bildim ki,
barmaqlarımdakı izlər hamıdan fərqlənir.
Oğru üçün bu özünəməxsusluq ziyandı,
fəlakətdi, ömürlük bədbəxtlikdi.
Barmaqlarımda qeyri-adi rəsmlər kəsib çəkməyə,
onları eybəcərləşdirməyə çalışdım, əzabla, sanki işgəncə altındaydım.
Amma sildiyim naxış yenidən yaranırdı ədəbsiz ixtisar kimi,
satqın özünəməxsusluqla.
O zaman oğru kimyasından yararlandım —
i̇ ttiham tərəfin şahidlərini zəhərlədim əhənglə, bertolet duzuyla.
Bu prosedurlardan sonra lənətə gəlmiş xətlər
bərpa olundular yenə — yenilməyən vicdanın sübutu kimi.
...Nə geyimimlə öyünürəm, nə sifətim fərqlidir,
ta qədimdən sevmirəm məni başdan-ayağa maraqla kimsə süzə.
Təkcə şeirlərimdə çalışıram heç kimə bənzəməyəm ki,
onları mənim barmaq izlərim kimi tanısınlar Məhkəmədə.