Sən o qırçın sularda mənə öyrət üzməyi...
* * *
Sən o qırçın sularda mənə öyrət üzməyi,
tanışdır bu azadlıq mənə tərcümələrdən.
O əsəbi qayığın həssas taxta hissləri,
bir az quru və acı — elə qarağat kimi,
çır-çırpı səsi kimi, gecə qüssəsi kimi...
Gör bir neçə il əvvəl o sahilə atılıb,
çimməyi sevənlərin evciyini dağıdıb.
Mən özümdən qaçıram soyumuş vulkan kimi,
dağa-daşa dönürəm — həmişə çöldə qalıb.
Sahillərdə qorxuram. Öyrət mənə üzməyi.
Hər şey üst-üstə düşsə, həyatımız uzansa,
o gözəl balıqların, əcaib canlıların
heyrət dolu üzünə baxaraq keçə bilsək,
zamanın o üzündən, ucsuz-bucaqsız sudan,
bax, biz elə o zaman...................................